Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Almaniya texnologiya qrupu konsolidə edilmiş əməliyyat nəticələrində və sifarişlərin yığılmasında bütün zamanların ən yüksək göstəricilərinə nail olmaqla, qlobal müdafiə sənayesində əsas oyunçu kimi mövqeyini möhkəmləndirib.
Qrupun 2024-cü ildə satışları 2023-cü ildəki 7,18 milyard avro ilə müqayisədə 36% artaraq, 9,75 milyard avroya çatıb.
Şirkətin müdafiə sektorundakı performansı Almaniyada və digər tərəfdaş ölkələrdə artan hərbi xərclərin nəticəsi olaraq ümumi satışların təxminən 80%-ni təşkil edib.
Bunun əksinə olaraq, mülki sektorda performans fərqli olub. Ticarət bölməsində rekord satışlar olsa da, avtomobil sektorunda azalma olub.
Sevinc Əliyeva
Ordu.az