Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri müntəzəm əlaqə saxlamaq barədə razılıq əldə ediblər

2025/03/1741763972.jpg
Oxunub: 533     11:10     12 Mart 2025    
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff telefon danışığı aparıblar.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumatında bildirilib.

Qeyd edilib ki, Moskva və Vaşinqton arasında münasibətlərdə qarşıdurmanı azaltmaq üçün müntəzəm əlaqələri saxlamağa razılaşıblar.

"2025-ci il martın 11-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ilə ABŞ MKİ-nin rəhbəri Con Retkliff arasında telefon danışığı baş tutub. Söhbət zamanı iki xüsusi xidmət orqanının ümumi maraq dairələri və böhran vəziyyətlərinin tənzimlənməsi istiqamətində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Kəşfiyyat  


Bizi "telegram"da izləyin