İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endirib

2025/02/1740544778.jpg
Oxunub: 501     03:32     26 Fevral 2025    
İsrailin müdafiə naziri İsrael Katz Hərbi Hava Qüvvələrinin Suriyanın cənubundakı hədəfləri vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu haqda məlumat “Ynet” portalında dərc olunub.

"Hərbi-hava qüvvələri hazırda Suriyanın cənubunu sakitləşdirmək üçün təyin etdiyimiz yeni siyasətin bir hissəsi kimi Suriyanın cənubuna fəal şəkildə hücum edir və mesaj aydındır: Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə icazə verməyəcəyik", - deyəo bildirib.

Qeyd edək ki, bundan əvvəl “Al Watan” qəzeti paytaxt Dəməşqin Dəra bölgəsində güclü partlayış olduğuna dair məlumat yaymışdı.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HHQ   Suriya  


Bizi "telegram"da izləyin