Ordu.az xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koaliyasına üzvü olan "Azərbaycan Kartoqrafları" İctimai Birliyininin rəhbəri, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Müqabil Bayramov deyib.
Onun sözlərinə görə, Ermənistan Espoo Konvensiyasından irəli gələn öhdəliklərə əməl etməlidir:
"Biz baş verən ciddi ekoloji fəsadları görməzdən gələ bilmərik. Ermənistanın bu prosesdə səmimiyyəti həm də transsərhəd çaylara olan münasibətindən bəlli olmalıdır".
Qeyd edək ki, Espo Konvensiyası (Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya) dövlətlərə öz ərazilərində planlaşdırdıqları iri iqtisadi layihələrin qonşu ölkələrin ətraf mühitinə və əhalisinə göstərə biləcəyi mənfi təsirləri qiymətləndirmək və bu ölkələrlə əvvəlcədən məsləhətləşmələr aparmaq öhdəliyi qoyan beynəlxalq sənəddir.
Ordu.az