KİV: Ukrayna yeraltı sərvətlərlələ bağlı sazişi imzalamağa razıdır

2025/02/1740543156.jpg
Oxunub: 365     23:31     25 Fevral 2025    
Vaşinqton ən sərt tələblərindən geri çəkildikdən sonra Ukrayna və ABŞ yeraltı sərvətlərlə bağlı sazişin detalları barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə bu razılaşma Ukrayna rəsmilərinin ümid etdiyi kimi ABŞ ilə ilə münasibətləri yaxşılaşdıracaq və Vaşinqtonun uzunmüddətli təhlükəsizlik öhdəliklərinə yol açacaq.

“ABŞ 500 milyard dollarlıq iddiasından imtina etdikdən sonra Ukrayna rəsmiləri neft və qaz da daxil olmaqla mineral ehtiyatlarının birgə işlənməsinə dair sazişi imzalamağa hazırdırlar”, - məqalədə deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Yeraltı-sərvət  


Bizi "telegram"da izləyin