Türkiyə və Serbiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması müzakirə olunub

2025/02/thumb-1740501963.jpg
Oxunub: 483     20:27     25 Fevral 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiçlə telefonla danışıb.

Ordu.az xəbər verir ki, onlar Türkiyə ilə Serbiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə Prezidenti iki ölkə arasında xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması istiqamətində görülən birgə səylərin yaxın gələcəkdə öz bəhrəsini verəcəyini vurğulayıb.

Həmçinin, Vuçiçin fevralın 8-də xidməti avtomobili ilə keçirdiyi qəzadan kədərləndiyini bildirib, ona xoş arzularını çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Serbiya  


Bizi "telegram"da izləyin