İsrailin PUA zərbəsi nəticəsində HƏMAS-ın Livandakı lideri öldürülüb - YENİLƏNİB

2024/12/1734682814.jpg
Oxunub: 682     15:47     17 Fevral 2025    
İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində öldürülən şəxsin adı açıqlanıb.

Ordu.az yerli LBC telekanalına istinadən xəbər verir ki, bu şəxs HƏMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahindir.

Məhəmməd Şahin əsasən təşkilatın bu ölkədəki fəaliyyətinin koordinasiyasını həyata keçirib.

***

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində bir nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində Hizbullah üzvü öldürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan   PUA  


Bizi "telegram"da izləyin