Tramp Avropa ölkələrini Ukrayna üçün daha çox ABŞ silahı almağa məcbur edəcək

2025/02/1739782338.jpg
Oxunub: 504     15:09     17 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp avropalılara Ukraynaya satılan ABŞ istehsalı silahları almağa icazə verəcəyini deyib.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Tramp Avropa ölkələrinə ABŞ istehsalı olan, ilkin olaraq Ukrayna üçün nəzərdə tutulan silahları almağa icazə verilməsini təklif edib.

Əgər bu təklif həyata keçirilərsə, Qərbin Kiyevə Rusiyadan müdafiəsi üçün hərbi yardım göstərməsi məsələsində əhəmiyyətli dəyişiklik ola bilər.

Tramp vurğulayıb ki, o, Avropa ölkələrinin Ukraynaya yardımda hərbi və maliyyə yükünün daha çox hissəsini çəkməli olduğuna inanır.

Trampın yanaşması ABŞ-nin Ukrayna qarşısındakı birbaşa maliyyə öhdəliklərini azaltmaq, eyni zamanda ölkənin lazımi hərbi texnika almasını təmin etmək məqsədi güdür.

2022-ci ildə Rusiyanın tammiqyaslı müdaxiləsi başlayandan etibarən ABŞ Ukraynaya 75 milyard dollardan çox yardım edib.

Tramp dəfələrlə ABŞ-nin Ukraynaya xərcləmələrinin həcmini tənqid edib və Avropa ölkələrinin daha çox töhfə verməli olduğunu müdafiə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin