Ordu.az xəbər verir ki, beş gün davam edəcək tədbirdə başda Körfəz ölkələri olmaqla, dünyanın hər yerindən rəsmi nümayəndə heyətlərinin və müdafiə sənayesi istehsalçılarının iştirakı gözlənilir.
Bölgənin ən əhəmiyyətli müdafiə sərgisi olan IDEX & NAVDEX 2025-də Türkiyə MSK-nin rəhbərliyi və Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin dəstəyi ilə ölkənin 90 müdafiə sənayesi şirkəti iştirak edur.
IDEX & NAVDEX 2025 sərgisini qiymətləndirən Türkiyə MSK sədri Haluk Görgün açıqlamasında qeyd edib:
“Sabitləşdirici güc olaraq günü-gündən inkişaf edən Türkiyə müdafiə sənayesi dünyanın ən önəmli markalarından birinə çevrilib. Müdafiə sənayesi şirkətlərimizin hər biri inkişaf etdirdiyi məhsullar və imzaladıqları müqavilələrlə dünyanın ən əhəmiyyətli şirkətləri arasında yerini hər gün gücləndirir”.
Sevinc Əliyeva
Ordu.az