“ASSAN Group” müdafiə sənayesindəki gücünü artırır: IDEX 2025 sərgisində yeni nəsil sursat və sistemlər təqdim edilir

2025/02/1739780056.jpg
Oxunub: 565     14:33     17 Fevral 2025    
Türkiyənin müdafiə və aviasiya sənayesində yüksələn gücü olan “ASSAN Group” 2025-ci il fevralın 17-21-də Əbu-Dabidə keçiriləcək IDEX 2025 sərgisində geniş çeşidli məhsullarla iştirak edir.

Ordu.az xəbər verir ki, şirkət 155 mm-lik və 122 mm-lik sursat investisiyaları, FAB/OFAB seriyalı təyyarə bombaları və Bolu/Gerededəki GEPAT Sursat İstehsal və Doldurma Obyekti ilə sektordakı mövqeyini daha da gücləndirməyi hədəfləyir.

IDEX 2025 sərgisində “ASSAN Group” 155 mm-lik artilleriya sursatları, 122 mm-lik raketlər, NATO və Rusiya standartlı təyyarə bombaları (FAB/OFAB), sursat doldurma və istehsal gücünü artıran GEPAT obyekti üçün innovativ həllər təqdim edir.

Şirkətin məlumatına görə, 2025-ci ildən etibarən ildə 360.000 ədəd 155 mm-lik artilleriya sursatının istehsalına başlanacaq. Klassik 20 km və 40 km mənzilli sursatlarla yanaşı, 56 km və 72 km mənzilli yeni nəsil döyüş sursatlarının istehsalı da hədəflənir.

İllik 100.000 ədəd qısa və uzun mənzilli 122 mm-lik artilleriya raketi istehsal gücünə çatmaq planlaşdırılır.

Dünyada həm NATO, həm də Rusiya standartlarına uyğun təyyarə bombaları istehsal edə bilən nadir şirkətlərdən biri olan “ASSAN Group” xüsusilə Afrika və keçmiş Sovet ölkələri üçün ixrac yönümlü həllər təklif edir.

Bolu/Gerededəki GEPAT obyektinin illik istehsal gücü 850 ton trotil və 500 ton plastik bağlamalı partlayıcı maddə, həmçinin 10.000 ədəd “Mk-82” döyüş sursatı istehsalı olacaq. Bundan əlavə, obyektdə RDX, HMX və AP kimi vacib partlayıcı maddələrin istehsalı həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASSAN-Group  


Bizi "telegram"da izləyin