Avropa Şurasının sədri: Aİ ölkələri təhlükəsizliyin yeni arxitekturasını özləri müəyyən etməlidir

2025/02/1739779442.jpg
Oxunub: 421     11:49     17 Fevral 2025    
Avropa ölkələri təhlükəsizlik sisteminin qurulmasında aparıcı rol oynamalıdır.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta “The Financial Times”a müsahibəsində bildirib.

"Əgər ABŞ Prezidenti Donald Tramp həqiqətən avropalıların öz təhlükəsizliklərinə görə daha çox məsuliyyət daşımasını istəyirsə, o zaman avropalılar təhlükəsizliyin yeni arxitekturasının müəyyən edilməsində aparıcı rol oynamalıdır", - o bildirib.

A.Koştanın sözlərinə görə, yeni təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlar Rusiyanın təkcə Ukrayna üçün deyil, qlobal təhlükə yaratdığını nəzərə almalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Təhlükəsizlik-sistemi  


Bizi "telegram"da izləyin