Macarıstan və Qazaxıstan yeni strateji layihələri müzakirə edir

2025/02/1739776263.jpg
Oxunub: 342     10:39     17 Fevral 2025    
Macarıstanın xarici işlər naziri Peter Siyartonun Qazaxıstana səfəri başlayıb.

Ordu.az-ın məlumatına görə, o, yerli energetika naziri Almasadam Satkaliyev ilə enerji sahəsində əməkdaşlığı müzakirə etmək niyyətindədir.

P.Siyarto görüş zamanı qeyd edib ki, Macarıstanın MOL şirkəti Qazaxıstan enerji bazarında böyük uğurlar əldə edib.

"Hazırda bu şirkət Qazaxıstanın ən əhəmiyyətli yataqlarından birində beş quyudan neft və təbii qaz hasil edir. Bu gün Qazaxıstanın energetika naziri Almassadam Satkaliyev ilə yeni strateji layihələri müzakirə edəcəyik", - P.Siyarto yazıb.

Səfər çərçivəsində artıq P.Siyarto ilə Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu arasında dar və geniş formatda danışıqlar keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Qazaxıstan  


Bizi "telegram"da izləyin