“Hizbullah”: Livan fevralın 18-dək İsraili qoşunlarını çıxarmağa məcbur etməlidir

2025/02/1739769546.jpg
Oxunub: 347     03:43     17 Fevral 2025    
İsrail qüvvələri Livan ərazisindən tamamilə geri çəkilməlidir, onların bəzi sərhəd məntəqələrini öz nəzarətlərində saxlamağa əsasları yoxdur.

Ordu.az “Əl Mənar” telekanalına istinadən xəbər verir ki, bunu “Hizbullah” təşkilatının baş katibi Naim Qasım bildirib.

“Hökumət atəşkəs sazişində nəzərdə tutulduğu kimi, fevralın 18-nə qədər qoşunların çıxarılmasını təmin etmək üçün məsuliyyət daşıyır. Bu baş verməsə, müqavimət qüvvələri Livan torpaqlarında işğalçıların qalmasına dözməyəcək”, - Naim Qasım qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Livan   İsrail  


Bizi "telegram"da izləyin