Hakan Fidan: Türkiyə, ABŞ və Avropa Ukraynada atəşkəsi müzakirə edir

2025/01/1738142498.jpg
Oxunub: 461     00:28     17 Fevral 2025    
Türkiyə ABŞ və Avropa ölkələri ilə birlikdə Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “TRT World” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ankara Ukrayna münaqişəsinin həllinə töhfə vermək üçün istənilən rolu oynamağa hazırdır.

“Biz Amerika administrasiyası və avropalılarla mümkün atəşkəs və sülh planının müxtəlif aspektləri üzərində işləyirik”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   Ukrayna   Amerika  


Bizi "telegram"da izləyin