Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu, Tayvan administrasiyasının hökumətinə məxsus “Aerospace Industrial Development” tərəfindən 2,1 milyard dollar büdcə ilə istehsal edilən “AT-5 Brave Eagle” üçün ilk böyük uğursuzluqdur.
Tayvan administrasiyasının HHQ-sinin məlumatına görə, təyyarə adanın şərq sahilində yerləşən Taitunqdakı “Chihhang” aviabazasından silah təlimi missiyası üçün havaya qalxıb və hər iki mühərriki sıradan çıxıb.
İki kokpitli təyyarəni idarə edən tək pilotun paraşütlə atıldıqdan sonra xilas olduğu, cəmi 183 saat uçuşu olan reaktiv təyyarənin dənizə düşdüyü və istintaq qrupu yaradıldığı bildirilib.
Tayvan administrasiyasının HHQ-si 2026-cı ilə qədər son illərdə bir sıra qəzalara uğrayan AT-3 və ABŞ istehsalı olan F-5 təlim təyyarələrini əvəz etmək üçün 66 ədəd AT-5 almağı planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az