Ordu.az xəbər verir ki, ABŞ HHQ Montana ştatının “Malmstrom” aviabazasında yerləşən 550-ci Helikopter Eskadrilyası ilə birlikdə “MH-139A Grey Wolf”un İlkin Əməliyyat Sınaq və Qiymətləndirməsinə (IOT&E) başlayıb.
2025-ci il yanvarın 28-də başlayan sınaqlar helikopterin real əməliyyat şəraitində performansını ölçərək, “UH-1N Huey”i əvəz edib-etməyəcəyini müəyyən etmək məqsədi daşıyır.
IOT&E çərçivəsində 3 mühüm uçuş sınağı həyata keçirilib. Sınaqlardan birincisi MH-139A-nın konvoya dəstək əməliyyatlarında effektivliyini qiymətləndirib.
Platformanın rabitə sistemləri və konvoy əməliyyatları ilə koordinasiya qabiliyyəti yoxlanılıb. İkinci və üçüncü sınaqlar nüvə təhlükəsizliyi ssenarilərində sürətli reaksiya imkanlarının ölçülməsinə yönəldilib.
Bu çərçivədə helikopterin sürətli uçuşu, fövqəladə hallara reaksiyası və təhlükələrə qarşı silahlı əməliyyat imkanları sınaqdan keçirilib.
Sevinc Əliyeva
Ordu.az