Ordu.az xəbər verir ki, şirkət bu gedişlə Fransa müdafiə sənayesi ilə daha sıx əməkdaşlıq etməyi və Avropa bazarında güclü mövqe qazanmağı hədəfləyir.
Fransanın Müdafiə Baş İdarəsi (DGA) noyabr ayında hazırkı “Alphajet” parkının əməliyyat ömrünün 2032-2035-ci ilə qədər uzadılıb-uzadılmayacağını qiymətləndirmək üçün araşdırmaya başlayıb.
Ancaq uzunmüddətli perspektivdə “Alphajet”i əvəz edəcək yeni təlim təyyarəsinə ehtiyac qaçılmaz görünür.
Hazırda Fransa ordusunda 72 ədəd “Alphajet” var və Müdafiə Nazirliyi gələcək hava döyüş sistemlərinə uyğunlaşa biləcək modul tipli təyyarənin hazırlanması və ya satın alınması variantını nəzərdən keçirir.
Bu kontekstdə “Aeralis” tərəfindən hazırlanmış modulyar təyyarə konsepsiyası önə çıxır.
Sevinc Əliyeva
Ordu.az