"ABŞ başqa ölkələrin daxili işlərinə qarışmamalıdır" – Mask

2025/02/1739452356.jpg
Oxunub: 429     17:01     13 Fevral 2025    
Birləşmiş Ştatlar başqa dövlətlərlərin daxili işlərinə qarışmaqdan çəkinməli və əsas diqqəti öz ölkədaxili problemlərinə yönəltməlidir.

Ordu.az xəbər verir ki, bu haqda ABŞ-nin Hökumət Səmərəliliyinin Artırılması İdarəsinin rəhbəri, milyarder İlon Mask Dubayda keçirilən Dünya Hökumət Sammitində etdiyi çıxışda danışıb.

“Birləşmiş Ştatlar xarici məsələlərdə inad göstərirdi...Mən düşünürəm ki, ümumi götürdükdə biz başqa ölkələrin daxili işlərini onların özünə saxlamalıyıq. Amerika öz işləri ilə məşğul olmalıdır, rejimlərin devrilməsinin təşviqi ilə məşğul olmamalıdır”,- deyə Mask bildirib.

O qeyd edib ki, Birləşmiş Ştatlar hökuməti uzunmüddətli iqtisadi artımın təmin olunması üçün dövlət xərclərinin azaldılması ilə məşğul olmalıdır.

Onun fikrincə, bunu ABŞ büdcəsinin kəsirini 2 trilyon dollardan 1 trilyon dollara endirməklə, səmərəsiz xərclərdən imtina etməklə nail olmaq mümkündür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   ABŞ  


Bizi "telegram"da izləyin