Putinin sözçüsü bəzi ərazilərin Ukraynaya qaytarılmasının mümkünlüyünə münasibət bildirib

2025/01/1736844719.jpg
Oxunub: 382     14:18     13 Fevral 2025    
Kreml bəzi ərazilərin Ukraynaya qaytarılmasının mümkünlüyünə münasibət bildirib.

Ordu.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hadisələri qabaqlamamağı məsləhət görüb.

Onun sözlərinə görə, dünənki telefon danışığında (Putin-Tramp arasında -red) hər iki tərəfdə nizamlanma axtarışından ötrü dialoq aparmaq üçün siyasi iradə olub.

"Razılıq var ki, bu nizamlanma dinc danışıqlar yolu ilə mümkündür. Sonra nəticələri gözləmək lazımdır. Ən azından birgə işin ilk nəticələrini...", deyə Kremlin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Kreml   Ukrayna  


Bizi "telegram"da izləyin