Ordu.az “Defence Blog”a istiandən xəbər verir ki, Əlcəzair dövlət televiziyası vasitəsilə verilən açıqlamada əlcəzairli pilotların hazırda Rusiyada təlim keçdiyi və tədarüklərin bu ilin sonunda başlayacağının gözlənildiyi bildirilib.
Rusiyanın dövlət silah ixracı agentliyi “Rosoboronexport” elan edib ki, adı açıqlanmayan xarici alıcı “Su-57” üçün sifariş verib.
Rusiya rəsmiləri daha öncə müştərinin adını çəkməkdən yayınsalar da, Əlcəzair hökumətinin son bəyanatı müqavilə ilə bağlı bütün qeyri-müəyyənliyi aradan qaldırıb.
2024-cü ilin noyabrında Rusiya hakimiyyəti ilk ixrac müqavilələrinin imzalandığını iddia etsə də, alıcı ölkə ilə bağlı təfərrüatları gizli saxlayıb.
Sevinc Əliyeva
Ordu.az