İlon Mask NATO-nun əsaslı şəkildə yenidən qurulmasına çağırıb

2025/02/1739441795.jpg
Oxunub: 404     14:06     13 Fevral 2025    
ABŞ hökumətinin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask NATO-nun əsaslı şəkildə yenidən qurulmasına çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

Maskın sosial şəbəkələrdəki açıqlamaları bütün dünyada geosiyasi gərginliyin artdığı və ABŞ-nin hərbi xərclərinə nəzarətin gücləndiyi bir vaxta təsadüf edir.

Mask daha öncə F-35 döyüş təyyarəsi və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiqayırma strategiyası da daxil olmaqla, əsas müdafiə proqramlarının dəyərini və səmərəliliyini şübhə altına alaraq, ABŞ müdafiə sənayesinin kəskin tənqidçisi olub.

O iddia edib ki, hazırkı satınalma və inkişaf prosesləri şişmiş büdcələrə və köhnəlmiş silah sistemlərinə gətirib çıxarır, Birləşmiş Ştatlar və onun müttəfiqlərini yaranan təhlükələrə qarşı həssas edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   NATO  


Bizi "telegram"da izləyin