Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edilib

2018/05/2117-Petro-Poroşenko_1526369473.jpg
Oxunub: 384     13:32     13 Fevral 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin keçmiş prezidenti Petro Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, V.Zelenski bu gün müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Poroşenkoya qarşı sanksiyalar müddətsiz tətbiq olunur, o, dövlət mükafatlarından məhrum ediləcək, aktivləri bloklanacaq və ticarət əməliyyatları məhdudlaşdırılacaq.

Sanksiya siyahısında Poroşenkodan başqa İqor Kolomoyski, Gennadi Boqolyubov, Konstantin Jevaqo və Viktor Medvedçukun adları da yer alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poroşenko   Ukrayna  


Bizi "telegram"da izləyin