NATO-nun Baş katibi Pentaqon rəhbəri ilə Alyansın möhkəmləndirilməsini müzakirə edib

2025/02/1739437966.jpg
Oxunub: 351     12:56     13 Fevral 2025    
NATO-nun Baş katibi Mark Rutte ABŞ-nin müdafiə naziri Pit Heqset (Pete Hegseth) ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Baş katib sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Alyansın möhkəm qalması üçün görülməli işlər var.

"Pit Heqseti onun NATO-da ilk görüşü çərçivəsində salamlamaqdan məmnunam. Alyansın möhkəm qalmasına əmin olmaq üçün görülməli işlər var. Bu, müdafiə xərclərinin, istehsalın artırılması və Avropanın Ukraynaya dəstək üçün daha çox iş görməsi deməkdir", - M.Rutte vurğulayıb.

Qeyd edək ki, bu gün Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Pentaqon  


Bizi "telegram"da izləyin