ASELSAN “Navy Tech” Dənizçilik Konfransına qatılıb

2025/02/1739436417.jpg
Oxunub: 369     14:36     13 Fevral 2025    
Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti olan ASELSAN milli/beynəlxalq konfranslarda, təlimlərdə, seminarlarda, panellərdə, sərgilərdə və seminarlarda iştirak edərək, öz imkanlarını təbliğ etməyə davam edir.

Ordu.az xəbər verir ki, bu çərçivədə ASELSAN Finlandiyada keçirilən “Navy Tech” Dənizçilik Konfransına qatılıb.

Bu iştirakla bağlı ASELSAN-ın sosial şəbəkələrdəki paylaşımında qeyd edilib:

“ASELSAN olaraq Finlandiyanın Helsinki şəhərində keçirilən “Navy Tech” Dənizçilik Konfransında yüksək səviyyəli ziyarətçilərimizə innovativ sistemlərimizi və həll yollarımızı izah etdik”.

Üç gün davam edəcək “Navy Tech” fevralın 11-də başlayıb. Tədbirin ilk günündə 30-dan çox ölkədən 600-dən çox iştirakçı bir araya gəlib. Tədbirdə müxtəlif sahələrə diqqət yetirilir və həll təklifləri hazırlanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Navy-Tech  


Bizi "telegram"da izləyin