Xameneyi “1403 Güc Nümayişi” adlı müdafiə sənayesi sərgisində iştirak edib

2025/02/1739435402.jpg
Oxunub: 344     14:38     13 Fevral 2025    
İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneyi ölkənin müdafiə sənayesi alim və mütəxəssislərinin son işlərinin nümayiş olunduğu “1403 Güc Nümayişi” adlı sərgini ziyarət edib.

Ordu.az IRNA-ya istinadən xəbər verir ki, sərgidə hava hücumundan müdafiə sistemləri, ballistik və qanadlı raketlər, ağıllı döyüş sursatları, kosmik texnologiyalar, pilotsuz uçuş aparatları və Hava Hücumundan Müdafiə (HHM) sistemləri kimi texnoloji məhsullar nümayiş etdirilib.

Bundan əlavə, sualtı qayıq texnologiyaları və dəniz enerji sahələrində istifadə olunan yeni avadanlıqlar da təqdim edilib. Sərgidə İranın cari layihələri və müdafiə sənayesində texnologiyadan istifadə nümayiş etdirilib.

Xameneyi sərgiyə səfəri zamanı müdafiə sənayesi ekspertlərindən texniki məlumat alıb. Mütəxəssislər HHM sistemlərində, ballistik və qanadlı raketlərdə, ağıllı sursatlarda istifadə edilən texnologiyalarla bağlı açıqlamalar veriblər. Bu açıqlamalarda İranın müdafiə sənayesində həyata keçirilən layihələr və istifadə olunan texnologiyalar haqqında məlumat verilib.

İran müdafiə sənayesində yerli istehsal və qabaqcıl texnologiyadan istifadə istiqamətində səylərini davam etdirir. “1403 Güc Nümayişi” sərgisi bu sahədə mövcud layihələri və strategiyaları tanıtmaq üçün təşkil edilib. Bildirilib ki, sərgi İranın müdafiə sənayesində həyata keçirdiyi layihələri və texnoloji inkişafları ictimaiyyətə təqdim etmək məqsədilə təşkil edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xameneyi   1403-Güc-Nümayişi  


Bizi "telegram"da izləyin