İndoneziya Türkiyə PUA-larını istehsal etmək istəyir

2025/02/2025--1739431954.jpg
Oxunub: 383     14:00     13 Fevral 2025    
“Baykar” və İndoneziyada yerləşən “Republikorp” arasında imzalanan müqavilə ilə İndoneziyada Pilotsuz Uçuş Aparatı (PUA) istehsalı, montajı və texniki xidmətini nəzərdə tutan Birgə Təşəbbüs Şirkəti (JVC) qurulacaq.

Ordu.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xaricə səfəri zamanı Malayziyadan sonra növbəti dayanacağı İndoneziya olub.

Rəsmi qarşılanma mərasimindən sonra Ərdoğan Boqor prezident sarayında İndoneziya Prezidenti Prabovo Subianto ilə görüşüb. Danışıqlar nəticəsində iki ölkə arasında 13 müxtəlif müqavilə imzalanıb.

Bu çərçivədə İndoneziyanın “Baykar”dan “Akıncı” və “Bayraktar TB3” zərbə PUA-larını alması üçün də müqavilələr də imzalanıb.

“JawaPos”un məlumatına görə, “Baykar” və İndoneziyada yerləşən milli özəl müdafiə sənayesi şirkəti “PT Republik Korpora Indonesia” (Republikorp) arasında Birgə Təşəbbüs Sazişi (JVA) imzalanıb.

Məlumata görə, PUA texnologiyasında dünya lideri “Baykar” ilə “Republikorp” arasında imzalanan müqavilə ilə İndoneziyada PUA istehsalı, montajı və baxımını diqqət mərkəzində saxlayacaq JVC qurulacaq.

Müqavilə ilə “Baykar” istehsal təcrübəsi, texnologiya transferi və təlim ilə töhfə verəcək. “Republikorp” normativlərə uyğunluğu, infrastrukturun inkişafını, yerli mütəxəssislərin sertifikatlaşdırılmasını və PUA-ların İndoneziyanın müdafiə ekosisteminə inteqrasiyasını təmin edəcək.

Bu tərəfdaşlıq vasitəsilə İndoneziya regional müşahidə, milli təhlükəsizlik və müdafiə əməliyyatlarında öz imkanlarını gücləndirəcək. Bundan əlavə, bu əməkdaşlıq regional səviyyədə PUA texnologiyasında innovasiya, tədqiqat və inkişaf imkanları yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Türkiyə   PUA  


Bizi "telegram"da izləyin