Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, eyni zamanda “Baykar” ilə İndoneziyanın müdafiə şirkəti “Republikorp” arasında strateji ortaq təşəbbüs müqaviləsi imzalanıb.
Müqaviləni “Baykar” baş direktoru Haluk Bayraktar imzalayıb. Bu razılaşma ilə “Bayraktar TB3” zərbə PUA-sı üçün ilk ixrac müqaviləsi imzalanıb.
İndoneziya 60 ədəd “Bayraktar TB3” zərbə PUA-sı və 9 ədəd “Bayraktar Akıncı” zərbə PUA-sı sifariş edib.
“Baykar” 2024-cü ildə 1,8 milyard dollarlıq ixracat həyata keçirərək, Türkiyənin 10 ən böyük ixracatçısından biri olub.
Şirkət 2024-cü ildə də eyni uğuru davam etdirib və ümumi gəlirinin 90%-ni ixracdan əldə edib.
Sevinc Əliyeva
Ordu.az