Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Misirin müdafiə naziri Əbdülməcid Sakr 3-cü Səhra Ordusunun üzvlərini Silahlı Qüvvələrin müxtəlif şərtlər altında onlara verilən tapşırıq və vəzifələri yerinə yetirə bilməsi üçün döyüş hazırlığını ən yüksək səviyyədə saxlamağa çağırıb.
Misir ordusunun sözçüsü polkovnik Qərib Əbdül Hafiz tərəfindən verilən açıqlamada Üçüncü Səhra Ordusu Səfərbərlik Komandanlıq Mərkəzləri Layihəsinin əsas mərhələsində Misir müdafiə naziri, Misir Baş Qərargah rəisi general-leytenant Əhməd Fethi İbrahim Xəlifə və bir çox komandirin iştirak etdiyi bildirilib.
Məlumatda qeyd edilib ki, silahlı qüvvələrin birləşmə və hissələrinin döyüş hazırlığı planı çərçivəsində həyata keçirilən əsas mərhələ bir neçə gün davam edib. Lakin təlimin yeri və müddəti ilə bağlı dəqiq məlumat verilməyib.
Sevinc Əliyeva
Ordu.az