Ordu.az xəbər verir ki, bu barədə “Defense Security Asia” məlumat yayıb.
ABŞ istehsalı olan iki F-35 “Lightning II” beşinci nəsil döyüş təyyarəsi Yehalanka bölgəsində yerləşən, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus olan bazaya eniş edərək, bir neçə gün əvvəl eniş edən Rusiyanın “Su-57 Felon” təyyarəsinin yanında dayanıb.
Bu görünməmiş an Hindistanın yeni nəsil hava üstünlüyü uğrunda gərgin rəqabətini simvolizə edən heyrətamiz vizual görüntü təqdim edir.
Bu, “Su-57”nin “Aero India” şousunda ilk iştirakıdır, F-35 isə daha öncə 2023-cü ildə iki ildən bir keçirilən hava sərgisində nümayiş etdirilib.
“Aero India”da ABŞ-nin F-35 varlığı iki F-16 döyüş təyyarəsi ilə müşayiət olunur.
Sevinc Əliyeva
Ordu.az