Ordu.az xəbər verir ki, SAHA İstanbul tərəfindən təşkil edilən Milli Aviasiya Sənayesi Seminarı fevralın 25-də Ankara Kosmos və Aviasiya İxtisaslaşdırılmış Sənaye Bölgəsində (HAB) keçiriləcək.
Seminar aviasiya və kosmos sənayesində işləyən və ya işləmək istəyən şirkətləri maraqlı tərəflər və sektorun aparıcı şirkətləri ilə bir araya gətirəcək.
Tədbirdə qlobal keyfiyyət prosesləri, Türkiyənin milli aviasiya sənayesinin mövcud vəziyyəti, əsas podratçılar və sənaye təşkilatlarının qlobal və yerli satınalma proseslərinə inteqrasiyası kimi mövzular müzakirə olunacaq.
İlk Milli Aviasiya və Kosmos Sənayesi Seminarı ötən il Ankara Teknoparkında keçirilib, 300-dən çox sektor nümayəndəsinin iştirak etdiyi seminarda milli aviasiya sənayesinin mövcud vəziyyəti, istehsal və tədarükdə keyfiyyət prosesləri, keyfiyyət və sertifikatlaşdırma qaydalarının əhəmiyyəti kimi mövzular müzakirə edilib.
Sevinc Əliyeva
Ordu.az