“Su-57”nin ilk ixrac tədarükü tarixi açıqlanıb

2025/02/1739428775.jpg
Oxunub: 435     12:20     13 Fevral 2025    
Rusiyanın beşinci nəsil döyüş təyyarəsi “Su-57E”nin ixrac versiyası rəsmən istehsala başlayır.

Ordu.az xəbər verir ki, ilk ixrac tədarükü üçün tarix məlumatı “Rosoboronexport” tərəfindən paylaşılıb.

“Rosoboronexport”un baş direktoru Aleksandr Mixeyev bu il ilk beynəlxalq müştərinin təyyarəni alacağını açıqlayıb. Lakin hələlik alıcının kimliyi rəsmi olaraq açıqlanmayıb.

Rusiyanın dövlət silah ixracı agentliyi “Rosoboronexport”un açıqlamalarına görə, “Su-57E”nin istehsalına başlanılıb və ilk qlobal tədarük 2025-ci ilə planlaşdırılıb.

“Su-57E”nin ilk beynəlxalq müştərisi bu il qabaqcıl çoxməqsədli döyüş təyyarəsini qəbul edəcək və istifadə etməyə başlayacaq”, - deyə Mixeyev qeyd edib.

Lakin o, sözügedən ölkənin adını açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Su-57   Rusiya  


Bizi "telegram"da izləyin