“STM-in Malayziya üçün 3 korvet gəmisi inşa etməsi dənizçilik sektorunda parlaq gələcəyimizdən xəbər verir” - Ərdoğan

2025/02/1739428670.jpg
Oxunub: 408     13:12     13 Fevral 2025    
Malayziya MİLGEM Korveti Layihəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Malayziyaya səfəri zamanı əsas gündəm mövzularından biri olub.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində STM Malayziya Hərbi Dəniz Qüvvələrinə (HDQ) 3 ədəd MİLGEM korvetini təhvil verəcək.

Ərdoğan və böyük nümayəndə heyəti Malayziyada müxtəlif görüşlər keçirib.

Təmaslar zamanı Müdafiə Sənayesi Komitəsi ilə Malayziya hakimiyyəti arasında üç yeni saziş imzalanıb.

Türkiyə-Malayziya Biznes Forumunda çıxış edən Ərdoğan STM-in baş podratçılığı altında davam edən Malayziya MİLGEM Korveti (LMS Batch II) Layihəsinə toxunub.

“Müdafiə sənayesi şirkətlərimiz Malayziyada uğurlu işlərə imza atırlar. Xüsusilə, STM şirkətimizin Malayziya Kral HDQ üçün 3 korvet gəmisi inşa etməsi dənizçilik sektorunda parlaq gələcəyimizdən xəbər verir”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   Malayziya  


Bizi "telegram"da izləyin