61-ci Münxen Təhlükəsizlik Konfransı tezliklə başlayacaq

2025/02/1739428621.jpg
Oxunub: 528     12:35     13 Fevral 2025    
Fevralın 14-də Almaniyada başlayacaq 61-ci Münxen Təhlükəsizlik Konfransının (MSC) əsas gündəliyində ABŞ prezidenti Donald Trampın Ukrayna sülh planı və Yaxın Şərqdəki vəziyyət yer alacaq.

Ordu.az xəbər verir ki, Münxen Təhlükəsizlik Konfransının prezidenti Kristof Heusgen Berlində keçirdiyi mətbuat konfransında bu il fevralın 14-16-da keçiriləcək konfransa Rusiya rəsmilərinin dəvət olunmadığını, Rusiya müxalifətinin aparıcı fiqurlarının Münxendə təmsil olunacağını bildirib.

Heusgen Trampın Ukrayna sülh planının və Yaxın Şərqdəki son vəziyyətin Münxen Təhlükəsizlik Konfransının əsas gündəmində olacağını, bu həftə keçiriləcək təhlükəsizlik toplantısına qatılacaq yüksək səviyyəli rəsmilər arasında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və Ukrayna prezidenti Volodimir Zelenskinin də olacağını bildirib.

Heusgen qeyd edib ki, konfransda 50-dən çox dövlət və hökumət başçısı, o cümlədən NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, 100-ə yaxın xarici işlər və müdafiə naziri iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Münxen-Təhlükəsizlik-Konfransı   ABŞ  


Bizi "telegram"da izləyin