HƏMAS Qəzza ilə bağlı razılaşmanın davam etdirilməsi üçün vasitəçilərlə razılığa gəlib

2025/02/1739428144.jpg
Oxunub: 364     10:14     13 Fevral 2025    
HƏMAS Qəzza zolağında atəşkəs rejimi və girovların azad edilməsi ilə bağlı İsraillə razılaşmaların saxlanması üçün Misir vasitəçiləri ilə razılığa gəlib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazır.

Məlumata görə, HƏMAS və İsrail arasındakı razılaşma humanitar yardım və yanacaq müqabilində "ilkin formasında" saxlanılacaq. Qəzzaya tədarük cümə axşamı həyata keçirilməlidir. Bundan sonra HƏMAS şənbə günü azad ediləcək üç girovun adını açıqlayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin