“Kaan” və “Hürjet” təyyarələrində əhəmiyyətli dəyişikliklər edilib

2025/02/1739427369.jpg
Oxunub: 618     12:32     13 Fevral 2025    
Türkiyənin müdafiə sənayesinin ən prestijli layihələrindən olan Kaan” və “Hürjet”in texniki məlumatlarında əhəmiyyətli dəyişikliklər edilib.

Ordu.az xəbər verir ki, bu dəyişikliklər yalnız rəqəmsal yeniləmələr deyil, həm də mühəndislik və əməliyyat baxımından çox vacibdir.

Çünki artıq uçuş həyata keçirmiş prototiplər, adından da göründüyü kimi, prototiplərdir. İlk prototiplərdə sistemin ümumi performansı müşahidə edilir və inteqrasiyalar üçün yol xəritəsi müəyyən edilir. Gələcək digər prototiplərlə platformalar müxtəlif dəyişikliklərlə son variantlarına doğru irəliləyir.

TUSAŞ daxilində bir çox tərəfdaş şirkətlərlə birlikdə inkişaf etdirilən “Kaan” və “Hürjet” prototiplərində yeni dəyişikliklər artıq bir müddətdir sınaqdan keçirilib, lakin indiyə qədər konkret detalları məlum olmamışdı.

TRT-nin məlumatına görə, “Kaan” döyüş təyyarəsinin uzunluğu 0,7 metr azaldılıb. Bundan əlavə, qanadların açıqlığı 0,6 metr, təyyarənin hündürlüyü isə 1 metr azaldılıb. Bu dəyişikliklər “Kaan”ın aerodinamik səmərəliliyini artırmağı, çəki və sürtünmə balansını optimallaşdırmağı hədəfləyir.

“Hürjet”in yenilənmiş texniki məlumatları döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir. Faydalı yük qabiliyyəti 2,7 tondan 3,4 tona çatdırılarkən, təyyarənin qalxma sürəti 39 min futdan 48 min 500 futa yüksəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaan   Hürjet   TUSAŞ  


Bizi "telegram"da izləyin