ASELSAN TÜRASAŞ ilə 75 milyon avroluq razılaşma əldə edib

2025/02/1739426971.jpg
Oxunub: 433     12:08     13 Fevral 2025    
Türkiyənin ASELSAN şirkəti “Türkiye Raylı Sistem Araçları Sanayi A.Ş.” (TÜRASAŞ) ilə Dəmiryolu Siqnal Sistemləri çərçivəsində 75 milyon avroluq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, ASELSAN sosial şəbəkədəki paylaşımı ilə yeni iş əlaqələrini açıqlayıb.

Paylaşımda qeyd olunub:

“ASELSAN və “Türkiye Raylı Sistem Araçları Sanayi A.Ş.” (TÜRASAŞ) Dəmiryolu Siqnal Sistemləri çərçivəsində ümumi məbləği 75.050.000 avro olan müqavilə imzalayıb. Müqavilə çərçivəsində tədarüklər 2025-2028-ci illər arasında həyata keçiriləcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   TÜRASAŞ  


Bizi "telegram"da izləyin