ABŞ Ukraynaya mineral ehtiyatlardan istifadəyə dair saziş layihəsi göndərib

2025/02/1739385249.jpg
Oxunub: 522     22:33     12 Fevral 2025    
ABŞ Ukraynaya ölkənin nadir torpaq minerallarından istifadəyə dair saziş layihəsi göndərib.

Ordu.az xəbər verir ki, bunu Volodimir Zelenski ABŞ-nin maliyyə naziri Skott Bessentlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz bu sənədi bu gün almışıq, onu nəzərdən keçirəcəyik. Komandalarımızın həqiqətən çox tez razılaşmaları və bu sənədi imzalamaları üçün hər şeyi edəcəyik”, - Prezident deyib.

Zelenski bu sazişin Münhen Təhlükəsizlik Konfransında və ya ondan əvvəl imzalanacağına ümid etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin