Tramp və Zelenski arasında telefon danışığı baş tutub - YENİLƏNİB

2025/01/1736531368.jpg
Oxunub: 1046     23:16     12 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında məlumat verib.

“İndicə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O, Prezident Putin kimi sülhü bərqərar etmək istəyir. Müharibə ilə bağlı müxtəlif mövzuları, lakin əsasən cümə günü Münhendə təşkil olunacaq görüşü müzakirə etdik. Orada nümayəndə heyətinə vitse-prezident Vens və dövlət katibi Rubio başçılıq edəcək. Ümid edirəm ki, bu görüşün nəticələri müsbət olacaq. Kütləvi, tamamilə lazımsız, qətl və dağıntılarla nəticələnən bu mənasız müharibəni dayandırmağın vaxtıdır. Tanrı Rusiya və Ukrayna xalqını qorusun!”, - Tramp qeyd edib.

Telefon danışığı barədə Zelenski də “Telegram” kanalında məlumat paylaşıb.

“Az öncə Donald Trampla danışdım. Uzun söhbət oldu. Sülhün əldə edilməsi imkanları haqqında, komanda səviyyəsində birlikdə işləmək istəyimiz, texnoloji imkanlarımız, xüsusən dronlar və digər müasir istehsallarımız barədə müzakirə apardıq. Birgə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram”, - Ukrayna lideri vurğulayıb.

***

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verib.

“Az öncə Donald Trampla danışdım. Uzun söhbət oldu. Sülhün əldə edilməsi imkanları haqqında, komanda səviyyəsində birlikdə işləmək istəyimiz, texnoloji imkanlarımız, xüsusən dronlar və digər müasir istehsallarımız barədə müzakirə apardıq. Birgə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram”, - Ukrayna lideri qeyd edib.

***

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan dərhal sonra Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukrayna prezidentinin məsləhətçisi Dmitri Litvinə istinadən məlumat yayıb.

Litvinin sözlərinə görə, Ukrayna və Amerika liderləri arasında danışıqlar təxminən saat 19:40-da başa çatıb. Onun sözlərinə görə, siyasətçilər təxminən bir saat danışıblar.

Qeyd edək ki, daha əvvəl Tramp Putinlə “məhsuldar” telefon danışığı barədə məlumat verərək “dərhal danışıqlara başlamaq” niyyətində olduğunu vurğulamışdı. Kreml rəhbəri ilə söhbətini şərh edən Tramp Zelenskiyə “indi” zəng edəcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin