Əş-Şəraa: "Suriya ilə Rusiya arasında güclü strateji əlaqələr var"

2024/12/1734888672.jpg
Oxunub: 618     21:13     12 Fevral 2025    
Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şəraa Rusiya lideri Vladimir Putinlə söhbətində iki ölkə arasında güclü strateji münasibətlər olduğunu vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə Əş-Şəraa ofisinin danışıqlardan sonra yaydığı bəyanatda deyilir.

“Telefon danışığı zamanı Prezident Əhməd əş-Şəraa iki ölkə arasında güclü strateji əlaqələrin olduğunu və Suriyanın Suriya xalqının maraqlarına cavab verdiyi və həmçinin təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyi təqdirdə əməkdaşlığa açıq olduğunu vurğulayıb”, - məlumatda bildirilir.

Putin isə öz növbəsində Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Rusiya Prezidenti Suriyanın müvəqqəti hökumətinin xarici işlər nazirini Rusiyaya səfərə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya  


Bizi "telegram"da izləyin