Pentaqon rəhbəri: "ABŞ Ukraynanın 2014-cü il sərhədlərini bərpa etməsini qeyri-real hesab edir"

2025/01/1737824920.jpg
Oxunub: 516     18:08     12 Fevral 2025    
ABŞ Ukraynanın 2014-cü il sərhədlərini bərpa etməsini qeyri-real hesab edir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib.

“Biz suveren və firavan Ukrayna istəyirik. Lakin Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın qeyri-real məqsəd olduğunu etiraf etməyə başlamalıyıq. Bu illüziyalı məqsədin arxasınca getmək yalnız müharibəni uzadacaq”, - o vurğulayıb.

Pentaqon rəhbəri qeyd edib ki, Donald Tramp administrasiyası ABŞ qoşunlarını Ukraynaya göndərməyəcək: “Hər hansı bir təhlükəsizlik zəmanətinin bir hissəsi olaraq, Ukraynaya ABŞ qoşunları yerləşdirilməyəcək”.

Onun sözlərinə görə, ABŞ həmçinin Ukraynanın NATO-ya daxil olmasını real nəticə hesab etmir: “ABŞ Ukraynanın NATO-ya üzv olmasını Rusiya ilə münaqişənin diplomatik yolla həllinin real nəticəsi hesab etmir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin