Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya cəsusluq edən bir nəfəri həbs edib

2025/02/67aca-1739368649.jpg
Oxunub: 628     17:55     12 Fevral 2025    
Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatının mənafeyinə uyğun olaraq cəsusluq edən şəxsi həbs edib.

Ordu.az-ın “unian“a istinadən xəbərinə görə, əməliyyat xidmət rəisi Vasili Malyukun rəhbərliyi ilə həyata keçirilib.

V. Malyuk detallar barədə danışarkən bildirib ki, həmin şəxsin saxlanılması zamanı aşkar və gizli əməliyyat-axtarış fəaliyyətinin bütün üsullarından istifadə edilib:

“Biz xüsusi qaydalara uyğun şifrələnmiş proqram təminatı vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin Qərargah rəisi Dmitri Kozyuranın istifadəsində olan elektron vasitələrə müdaxilə etdik, eləcə də audio-video nəzarət üsullarından yararlandıq. Bu proses çərçivəsində onun həyata keçirdiyi əməllər, yəni müvafiq informasiyanın qarşı tərəfə ötürüldüyü tam olaraq sübuta yetirildi”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Cəsusluq  


Bizi "telegram"da izləyin