Ukraynanın müdafiə naziri Brüsseldə Pentaqon rəhbəri ilə görüşüb

2025/02/67ac7-1739358290.jpg
Oxunub: 462     14:49     12 Fevral 2025    
Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-dan olan həmkarı Pit Heqset arasında görüş olub.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynalı nazir “Facebook” hesabında yazıb.

“ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ilə aramızda ilk görüş baş tutdu” – o qeyd edib.

Bununla belə R. Umerov danışıqların detallarını açıqlamayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Hilinin sədrliyi ilə “Ramştayn” formatında növbəti görüş keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin