İsveçrə Ukraynanın yenidən qurulması üçün 1,5 milyard frank ayıracaq

2025/02/1739357344.jpg
Oxunub: 369     14:24     12 Fevral 2025    
İsveçrə Federal Şurası Ukraynada yenidənqurma, islahatlar və davamlı inkişafın dəstəklənməsi üzrə 12 illik proqram çərçivəsində 2025-2028-ci illər arasında 1,5 milyard İsveçrə frankının (1,65 milyard dollar) ayrılmasına dair qərar qəbul edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunmuş məlumatda bildirilib.

"Federal Şura bu gün keçirilən iclasda Ukrayna üzrə ölkə proqramının prioritetlərini müəyyən edib. Proqrama mülki əhalinin qorunması, sülhün əldə edilməsi, iqtisadiyyatın bərpası və institutların gücləndirilməsi daxildir. Bu məqsədlər üçün 2028-ci ilə qədər beynəlxalq əməkdaşlıq büdcəsindən 1,5 milyard İsveçrə frankı ayrılıb. Proqramın həyata keçirilməsinə Federal Şuranın Ukrayna üzrə nümayəndəsi, səfir Jak Gerber ölkə cavabdehdir”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Ukrayna  


Bizi "telegram"da izləyin