Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

2025/02/1739352451.jpg
Oxunub: 524     13:12     12 Fevral 2025    
Rusiya qoşunları PUA istehsal edən Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinin sexlərinə qrup şəklində raket zərbəsi endiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri bu gün səhər saatlarında Ukraynanın hərbi sənaye kompleksinin pilotsuz uçuş aparatları istehsal edən müəssisələrinə qrup şəklində raket zərbəsi endirib. Zərbələrin məqsədlərinə çatdığı qeyd olunub.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına və yanacaq anbarlarına da raket zərbələri endirildiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Ukrayna  


Bizi "telegram"da izləyin