ABŞ HDQ “Autosat”ın sınaqlarına başlayıb

2025/02/2025--1739352221.jpg
Oxunub: 364     13:22     13 Fevral 2025    
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) kosmosdakı obyektləri aşkar etmək və xarakterizə etmək qabiliyyətinə malik tam avtonom peyk olan “Autosat”ın sınaqlarına başlayıb.

Ordu.az xəbər verir ki, ABŞ HDQ kosmosdakı obyektləri aşkar etmək və xarakterizə etmək üçün nəzərdə tutulmuş tam avtonom peyki sınaqdan keçirir.

“Autosat” adlanan sistem personala ehtiyac olmadan öz-özünə missiya yerinə yetirmək, siqnallarını kalibrləmək, məlumat göndərmək və qəbul etmək üçün nəzərdə tutulub.

Peykin sınaqları ABŞ HDQ-nin Tədqiqat Laboratoriyasında aparılır. Sistemin orbitdə sınaqdan keçirilməsi və gələcəkdə işə salınması nəzərdə tutulur.

Qabaqcıl süni zəka ilə təchiz edilən peyk insanlara ehtiyac olmadan kəşfiyyat fəaliyyətləri aparmaq üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Autosat  


Bizi "telegram"da izləyin