Ordu.az “ABC News”a istiandən xəbər verir ki, Heqset avstraliyalı həmkarı Riçard Marleslə Pentaqonda görüşüb.
Pentaqonun rəhbəri qeyd edib ki, ABŞ prezidenti Donald Tramp AUKUS-u dəstəkləyir.
Trampın nazirlər arasındakı görüşdən əvvəl ABŞ-yə 500 milyon dollar ödəniş edən Avstraliya hökuməti ilə AUKUS ittifaqını dəstəklədiyini ifadə edən Heqset 2030-cu illərin əvvəllərində təhvil verilməsi planlaşdırılan sualtı qayıqların vaxtında göndəriləcəyinə ümid etdiyini bildirib.
Pentaqondakı görüş başlamazdan əvvəl Marles qeyd edib: “Tramp administrasiyasının ilk bir neçə həftəsində ilk yarım milyard dollarlıq ödənişi çatdıra bildiyimiz üçün həqiqətən məmnunuq”.
Sevinc Əliyeva
Ordu.az