Türkiyə və Malayziya arasında müdafiə sənayesində 3 yeni müqavilə - DETALLAR

2025/02/1739295867.jpg
Oxunub: 756     22:08     11 Fevral 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Malayziyaya rəsmi səfəri çərçivəsində, Türkiyə və Malayziya arasında müdafiə sənayesi sahəsində 3 yeni müqavilə imzalanıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müqaviləni Türkiyə adından Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün imzalayıb.

Müdafiə Sənayesi Komitəsindən yeni əməkdaşlıqlar

Türkiyə Müdafiə Sənayesi Komitəsi Malayziya Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası və Selanqor Vilayət Hökuməti ilə razılaşmalar həyata keçirib. Komitənin rəsmi sosial media hesabından edilən açıqlamada belə qeyd olunub:

“Sədrimiz Haluk Görgün Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəsmi səfəri çərçivəsində, Malayziya Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası və Selanqor Vilayət Hökuməti ilə ağıllı şəhər təhlükəsizliyi, nəqliyyat sistem həlləri, rabitə sistemləri və digər yüksək texnologiyalı təhlükəsizlik həlləri mövzusunda müqavilələr imzaladı”.

Müqavilənin detalları

Müdafiə məhsulları təchizatında əməkdaşlıq

Türkiyə Cümhuriyyəti və Malayziya arasında müdafiə məhsulları təchizatı üzrə ortaq komitə tətbiq qaydalarına dair müavilə Haluk Görgün və Malayziya Müdafiə Naziri Məhəmməd Xalid Nordin tərəfindən imzalanıb.

Rabitə sistemlərində strateji əməkdaşlıq

Türkiyə Cümhuriyyəti Müdafiə Sənayesi Komitəsi ilə Malayziya Milli Təhlükəsizlik Şurası arasında rabitə sistemləri sahəsində strateji əməkdaşlığa dair nota mübadiləsi Haluk Görgün və Malayziya Milli Təhlükəsizlik Şurası Baş direktoru Raja Nuşirvan Zaynal Abidin tərəfindən imzalanıb.

Ağıllı şəhər və təhlükəsizlik həlləri əməkdaşlığı

Türkiyə Cümhuriyyəti Müdafiə Sənayesi Komitəsi ilə "Selanqor Aviasiya və Texnologiya İnnovasiya Sdn Bhd" arasında ağıllı şəhər, nəqliyyat və təhlükəsizlik sistemi həlləri sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Müqaviləyə Haluk Görgün və Selanqor Vilayət Hökuməti Baş naziri Amirudin Bin Şari imza atıb.

Bu müqavilələrlə Türkiyə və Malayziya arasındakı müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıqların gücləndirilməsi hədəflənir.

Malayziya-Türkiyə İş Forumunda əməkdaşlıq mesajı

Haluk Görgün DEİK Malayziya-Türkiyə İş Forumunda etdiyi çıxışda iki ölkənin müdafiə sənayesi sahəsindəki cari əməkdaşlıqlarını və gələcək hədəflərini paylaşıb. Forumda "ortaq hədəflərlə dolu bir gələcək bizi gözləyir" vurğusu edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Malayziya  


Bizi "telegram"da izləyin