Yaponiya Ukraynaya 58 milyon dollar qrant ayırıb

2025/02/1739281716.jpg
Oxunub: 482     17:41     11 Fevral 2025    
Ukrayna Yaponiyadan bərpa ilə bağlı layihələr üçün 58 milyon ABŞ dolları qrant alacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə məlumat verib.

"Ukrayna Yaponiyadan 8,8 milyard yen (təxminən 58 milyon ABŞ dolları) məbləğində qrant alacaq. Bu gün hökumətlərimiz arasında müvafiq saziş layihəsini təsdiq etdik", - o qeyd edib.

Daha əvvəl Şmıqal Avropa İnvestisiya Bankının ölkədəki sosial layihələri 116,5 milyon avro məbləğində maliyyələşdirəcəyini bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski bankın ölkəyə ümumilikdə 2 milyard dollar ayırdığını bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Ukrayna  


Bizi "telegram"da izləyin