Somalidə terrorçular hərbi bazaya hücum edib

2025/02/thumb-1739274936.jpg
Oxunub: 547     15:46     11 Fevral 2025    
"İslam Dövləti" (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, terrorçular avtomobil və motosikletlərdən istifadə edərək partlayıcı qurğular tətbiq ediblər.

"İŞİD döyüşçüləri minalanmış avtomobil və motosikletlərdən istifadə edərək bizə hücum etdilər. Döyüşlər hələ də davam edir", - Puntlandın hərbi nümayəndəsi Mohamud Fadiqo agentliyə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Terrorçu  


Bizi "telegram"da izləyin