İsveç polisi terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb

2025/02/1739272787.jpg
Oxunub: 598     15:10     11 Fevral 2025    
İsveç polisi Stokholm bölgəsində terror cinayətləri hazırlamaqda şübhəli bilinən bir nəfəri saxlayıb.

Bu barədə Ordu.az "Reuters"ə istinadən xəbər verir.

Həbs edilən şəxs terror aktı hazırlamaqda, qətl törətməyə cəhd hazırlığında və partlayıcı maddələr haqqında qanunvericiliyin pozulmasına hazırlıqda və s. şübhəli bilinir.

Polis istintaqın əvvəllər araşdırılan hər hansı işlə əlaqəli olmadığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Terror  


Bizi "telegram"da izləyin